Xəbərlər

İmamoğlunun həbsi ilə bağlı qərar martın 23-də verilə bilər

İstanbul meri Ekrem İmamoğlunun həbsi ilə bağlı qərar martın 23-də verilə bilər.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Sözcü” telekanalı məlumat yayıb.

Verilən məlumata görə, şənbə və ya bazar günü İmamoğlu və iş üzrə digər təqsirləndirilən şəxslər korrupsiya və terrorla əlaqə ilə bağlı aparılan istintaq çərçivəsində məhkəmə qarşısına çıxarılacaq.