İran 1200 kilometr məsafə qət edə bilən “Qassem Basir” adlı yeni ballistik raket buraxıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə İran İslam Respublikasının müdafiə naziri general Əziz Nəsirzadə bildirib.
“Bu yaxınlarda “Operations True Promise 1” və “True Promise 2″ təcrübəsindən istifadə edərək yeni ballistik raketi uğurla sınaqdan keçirdik. Bu raket konkret hədəfi tapa bilir və onu bir metr belə hədəfdən yayınmadan və GPS naviqasiya sistemindən istifadə etmədən vurur”, – Nəsirzadə qeyd edib.
Xatırladaq ki, mart ayında SEPAH yeni yeraltı “raket şəhəri”ni nümayiş etdirmişdi. Yüksək dəqiqlikli raketlərin saxlandığı baza on kilometrlərlə yeraltı tunellərdən ibarətdir.