“Tehran ABŞ-ın İranla münaqişəyə İsrail tərəfindən daxil ola bilmə ehtimalına cavab olaraq bütün mümkün addımları nəzərdən keçirir”.
“Füyuzat”ın məlumatına görə, bunu İran İslam Respublikası xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.
“Əgər ABŞ döyüş meydanına daxil olmaq istərsə, İran təcavüzkarlara dərs vermək, milli təhlükəsizliyini və milli maraqlarını qorumaq üçün silahlardan istifadə etməli olacaq. Hərbi qərar qəbul edilərkən bütün lazımi variantlar nəzərdən keçiriləcək”, – o əlavə edib.