Xəbərlər

İran: ABŞ-ın təcavüzü münaqişənin Yaxın Şərqə yayılmasına yol açır

“ABŞ-ın İranın nüvə obyektlərinə zərbələri səmərəsiz olmaqla bərabər, münaqişənin bütün Yaxın Şərqə yayılmasına zəmin yaradır”.

“Füyuzat”ın məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin mərkəzi qərargahının rəsmi nümayəndəsi Hatəm əl-Ənbiya deyib.

“Bu düşmənçilik hərəkəti məhv olmaqda olan İsrail rejimini dirçəltmək üçün lazım idi, lakin bu, nəinki nəticə vermədi, hətta İran İslam Respublikası Silahlı Qüvvələrinin qanuni hədəflərinin siyahısını genişləndirdi və regionda müharibənin yayılması üçün zəmin yaratdı”, – o qeyd edib.