Xəbərlər

İran: ABŞ-ın təcavüzünə qəti şəkildə cavab veriləcək

“ABŞ İrana qarşı təcavüzünə görə cavab verəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu İran İslam Respublikası ordusunun baş komandanı, general-leytenant Əmir Hatəmi deyib.

“Tarix boyunca biz ABŞ-ın cinayətlərinin şahidi olmuşuq. Hər dəfə onlar öz cinayətlərinə qəti şəkildə cavablar alıblar. Bu dəfə də belə olacaq. Biz bütün gücümüzlə ölkəmizin müstəqilliyini, ərazi bütövlüyünü müdafiə edəcək, qələbəyə qədər mübarizə aparacağıq”, – Hatəmi vurğulayıb.