“Tehran yalnız ABŞ prezidenti Donald Trampın İslam Respublikasına qarşı bütün sanksiyaları ləğv etməsindən sonra Vaşinqtonla danışıqlar aparacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Fəda Hüseyn Mələki deyib.
“Əgər Tramp həqiqətən də danışıqlar istəyirsə, bu istiqamətdə ilk addım sərt sanksiyaların tamamilə ləğvi olmalıdır. Bundan sonra danışıqlar İranın milli maraqları nəzərə alınmaqla davam etdirilməlidir. İran İslam Respublikasının ali rəhbəri Ayətullah Əli Xameneinin qərarına əsasən, milli maraqlarımızın müdafiə olunduğunu bildiyimiz zaman danışıqlar masasına əyləşəcəyik”, – o qeyd edib.