Xəbərlər

İran ABŞ-la danışıqların bərpası şərtini açıqlayıb

İranın xarici işlər naziri Abbas Əraqçi Amerika tərəfinin İslam Respublikasına hücumun təkrar olunmayacağına dair zəmanətini Vaşinqtonla danışıqların bərpası üçün zəruri şərt adlandırıb.

“Füyuzat”ın mməlumatına görə, bu barədə nazir CBS telekanalına müsahibəsində deyib.

“Danışıqların bu qədər tez davam edəcəyini düşünmürəm. Əgər amerikalılar danışıqlar zamanı bir daha hücum etməyəcəklərinə dair zəmanət versələr, danışıqların bərpası barədə qərar qəbul edəcəyik. Ona görə də qərar qəbul etmək üçün daha çox vaxt lazımdır”, – Əraqçi əlavə edib.