“İranın hava məkanı iyunun 24-ü yerli vaxtla saat 14:00-a qədər (Bakı vaxtı ilə 14:30) bağlı olacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu İran İslam Respublikasının Yollar və Şəhərsalma Nazirliyinin nümayəndəsi Məcid Axavan deyib.
“Son yeniliklərə görə, sərnişinlərin və uçuşların təhlükəsizliyi üçün ölkənin hava məkanı çərşənbə axşamı saat 14:00-a qədər bağlı olacaq. Həmvətənlərə ölkənin hava limanlarına səfər etməkdən çəkinmələri və uçuşların vəziyyəti ilə bağlı xəbərləri yalnız rəsmi mənbələrdən izləmələri tövsiyə olunur”, – məlumatda bildirilib.