Xəbərlər

İran İsrailə Hizbullaha görə xəbərdar edib

İran İsrail ordusunun ölkənin şimalında Livanın Hizbullah hərəkatına qarşı həyata keçirəcəyi mümkün yeni əməliyyatla əlaqədar İsrailə xəbərdarlıq edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İslam Respublikasının BMT yanında daimi nümayəndəliyi Amerikanın “Newsweek” nəşrinə verdiyi açıqlama bildirib.

“İsrail rejimi və onun tərəfdarları açıq şəkildə bilirlər ki, HƏMAS-a qarşı mübarizədə uğursuzluğa düçar olduqları kimi, Hizbullahla münaqişədə daha sarsıdıcı məğlubiyyətlə üzləşəcəklər. Hizbullah hərbi güc baxımından HƏMAS-dan üstündür”, – İran diplomatik missiyası bildirib.

İranın daimi nümayəndəliyi Hizbullahın İranın köməyinə müraciət etmədən müstəqil şəkildə İsraili dəf etməyə qadir olduğuna əmin olduğunu bildirib.

“Eyni zamanda, regionda böhranın kəskinləşməsinin günahı İsrailin baş naziri Binyamin Netanyahunun üzərinə düşəcək. O, öz hakimiyyətini saxlamaq üçün hadisələrin bu cür inkişafında maraqlıdır”, – məlumatda qeyd edilir.

Netanyahu iyunun 5-də bildirib ki, İsrail hakimiyyəti onun şimal sərhədlərində Hizbullaha qarşı “qətiyyətli qərarlara” hazırdır.