Xəbərlər

İran: İsrailə qarşı əməliyyat Yaxın Şərqdəki güc balansını dəyişib

“İsrailin Dəməşqdəki İran səfirliyinin konsulluq bölməsinə endirdiyi hava hücumuna cavab olaraq İran Silahlı Qüvvələri tərəfindən həyata keçirilən “Doğru vəd” əməliyyatı bölgədə qüvvələr balansını dəyişib”.

“Füyuzat”ın məlumatına görə, bu fikri İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.

“Şübhəsiz ki, qanuni müdafiə prinsipi və normalara uyğun olaraq həyata keçirilən mürəkkəb hərbi əməliyyat Yaxın Şərq regionunda qüvvələr balansını dəyişdi və ölkə Silahlı Qüvvələrin çəkindirici gücünü İslam və İran düşmənlərinə qarşı bir daha nümayiş etdirdi”, – Abdullahian qeyd edib.