Xəbərlər

İran: İsrailə zərbələr zamanı yalnız hərbi obyektlər hədəf alınır

“İran İsrailin yalnız hərbi və kəşfiyyat obyektlərinə, eləcə də qərar qəbuletmə mərkəzlərinə zərbələr endirir”.

“Füyuzat”ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Səid Xətibzadə deyib.

“Biz cavab hücumu həyata keçirmirik. Bizə hücum edilib və qanuni özünümüdafiə hüququna uyğun olaraq cavab veririk. Biz yalnız hərbi və kəşfiyyat obyektlərinə, eləcə də təcavüzçü mərkəzlərə raket zərbələri endirmişik. Əgər bu hücumlar dayanarsa, o zaman seçim diplomatiyanın xeyrinə olacaq”, – o əlavə edib.