İranda İsrailin xeyrinə casusluqda təqsirli bilinən Babək Şahbazi edam edilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Verilən məlumata görə, o, sentyabrın 17-də səhər edam edilib.
Qeyd edək ki, bundan əvvəl məhkəmə iclası keçirilib və onun Mossad ilə bağlı agentlərlə kəşfiyyat məlumatı mübadiləsi apardığı barədə məlumat təsdiqlənib.



