Xəbərlər

İran prezidenti: Biz ABŞ ilə razılaşmaya ciddi yanaşırıq

“İran Omanın vasitəçiliyi ilə ABŞ-la aparılan nüvə müzakirələrində razılığa gəlməyə ciddi yanaşır, lakin dinc nüvə proqramının tamamilə dayandırılmasını qəbul etməyəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İran prezidenti Məsud Pezeşkian paytaxt Tehranda keçirilən Nazirlər Şurasının iclasında bildirib.

Ölkəsinin nüvə silahı əldə etmək istəmədiyini və etməyəcəyini bildirən Pezeşkian əlavə edib: “Rəhbərin (İranın ali dini lideri Ayətullah Əli Xamenei – red.) fitvasına əsasən, nüvə silahı istehsalına yönəlmiş hər hansı bir hərəkət qadağandır. Təbii ki, İranın bütün nüvə araşdırmalarından imtina etməsi arqumenti də bizim üçün qəbuledilməzdir. Biz dinc nüvə fəaliyyətlərimizi qətiyyətlə davam etdirəcəyik”,- deyib.