Xəbərlər

İran Rusiya ilə bağlı siyasətini dəyişmək niyyətində deyil

İranın yeni Prezidenti Məsud Pezeşkian İslam Respublikasının əvvəlki icra hakimiyyətinin başçısı İbrahim Rəisinin dövründə formalaşmış Rusiyaya münasibəti dəyişmək niyyətində olmadığını bildirib.

“Füyuzat”ın məlumatına görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əhmədian Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.

“Cənab Pezeşkian Rusiyaya münasibəti dəyişmək niyyətində deyil. O, münasibətləri davam etdirmək və daha da inkişaf etdirmək əzmindədir”, – Əhmədian vurğulayıb.