Xəbərlər

İran: Rusiyanın bizi müasir silahlarla təmin edəcəyinə inanırıq

“Rusiya İrana ən son silahlara, eləcə də aviasiya və dəniz texnologiyalarına çıxışı təmin edə bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu İran İslam Respublika parlamentinin üzvü Həmid Rəsai Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin ratifikasiyasını dəstəkləyən çıxışı zamanı deyib.

“Hər iki ölkə NATO və beynəlxalq terrorizm tərəfindən ümumi təhdidlərlə üzləşir. Rusiya İrana döyüş təyyarələri, qabaqcıl aviasiya silahları və dəniz texnologiyaları sata bilər. İki ölkə birgə hərbi təlimlər keçirə və müdafiə texnologiyaları sahəsində əməkdaşlıq edə bilər. İran və Rusiya arasında strateji razılaşma geosiyasət, təhlükəsizlik, iqtisadiyyat və diplomatiya baxımından həyati əhəmiyyət kəsb edir. Sanksiyalar kontekstində biz bu fürsətdən istifadə etməliyik. İran və Rusiya Qərbin ciddi iqtisadi məhdudiyyətləri altındadır və tərəfdaşlığımız dollardan asılılığın azaldılmasına kömək edə bilər”, – Rəsai əlavə edib.