Xəbərlər

İran: Sanksiyaların ləğvi ilə bağlı Trampla danışıqlara başlamağa hazırıq

“ABŞ prezidenti Donald Tramp müvafiq istək ifadə edərsə, İran sanksiyaların ləğvi ilə bağlı ABŞ-la danışıqları bərpa etməyə hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi deyib.

“İran əvvəlki kimi sanksiyaların ləğvi ilə bağlı danışıqlara başlamağa və ya davam etdirməyə hazırdır. Əgər qarşı tərəf belə bir istək ifadə edərsə, o zaman danışıqlar mütləq baş tutacaq”, – Qəribabadi əlavə edib.