“Rusiya-İran münasibətləri hərbi-texniki sahədə fəal şəkildə inkişaf edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib.
“Bilirsiniz ki, hərbi-texniki əməkdaşlıq sahəsində ikitərəfli əlaqələrimiz kifayət qədər yaxşı inkişaf edir. Və hər iki tərəf bizim bu sahədəki işimizin nəticələrindən razıdır. Mən həmçinin təsdiq edə bilərəm ki, İran və Rusiya arasında hərbi-texniki baxımdan nümayəndə heyəti mübadiləsi artırılıb. Əlbəttə ki, ikitərəfli münasibətlərimizin əsas hissəsini iqtisadi əməkdaşlıq təşkil edir. Və əminliklə deyə bilərəm ki, biz bu sahədə də böyük nəticələr əldə etmişik. Keçən il iqtisadi əməkdaşlığımızda yaxşı və gözlənilən artım olub”, – səfir qeyd edib.