“Rusiya İranın qaz layihələrinə 8 milyard dollar sərmayə qoyacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu İranın Moskvadakı səfiri Kazım Cəlali deyib.
“İki ölkə arasındakı razılaşmalara uyğun olaraq, Rusiya İranın qaz layihələrinə 8 milyard dollar sərmayə qoyacaq. Məbləğin bir hissəsi (təxminən 5 milyard) artıq müqavilələrdə nəzərdə tutulub. Qalan müqavilələr yekun təsdiqini gözləyir – diplomat bildirib.