Xəbərlər

İran: Tramp İranın neft ixracı ilə bağlı məqsədlərinə çatmayacaq

“ABŞ prezidenti Donald Tramp heç vaxt İranın neft ixracı ilə bağlı məqsədlərinə çatmayacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu İranın neft naziri Möhsün Paknejad deyib.

“Maksimum təzyiq siyasəti iflasa uğradı. Trampın İranın neft ixracını sıfıra endirmək arzusu heç vaxt gerçəkləşməyəcək. İranın möhtərəm xalqı əmin ola bilər ki, neft sənayesi işçiləri son illərdə inkişaf etdirdikləri üsullardan istifadə edərək, şübhəsiz ki, Tramp və müttəfiqlərinin bu mənfur məqsədini həyata keçirməsinə mane olacaqlar”, – nazir vurğulayıb.