Xəbərlər

İran: Trampın qələbəsindən sonra İsrailə cavab verməkdən imtina etməmişik

İranın oktyabrda İslam Respublikasına hücumuna görə İsrailə cavab vermək zərurəti ilə bağlı mövqeyi Donald Trampın ABŞ Prezident seçkilərində qələbəsindən sonra dəyişməyib.

“Füyuzat”ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.

“Biz dəfələrlə bəyan etmişik ki, İran İslam Respublikasının ərazi bütövlüyü və suverenliyini müdafiə etmək üçün heç kimdən icazə istəməyəcəyik. İrana qarşı təcavüzə qətiyyətlə cavab verəcəyik”, – Bəqayi vurğulayıb.