“ABŞ İrana qarşı sanksiyaları ləğv etməyə razılaşarsa, Tehran uranın zənginləşdirilməsini məhdudlaşdırmağa və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməyə hazır olacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu İranın ali dini lideri Ayətullah Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Əli Şamxani bildirib.
“Tehran beynəlxalq müşahidəçiləri öz nüvə obyektlərinə buraxmağa hazır olacaq və uranın sırf mülki məqsədlər üçün zənginləşdirilməsinə razılıq verəcək. ABŞ-ın öz bəyanatlarına uyğun hərəkət edəcəyinə ümid edirəm. Yalnız bu halda Tehran və Vaşinqton arasında münasibətlər yaxşılaşa bilər”, – Əli Şamxani qeyd edib.