Xəbərlər

İran və Avrotroyka danışıqların dördüncü mərhələsini keçirəcək

İran və Avrotroyka ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi bildirib.

“Biz təfərrüatlara keçərək, iki sahədə müxtəlif məqamları müzakirə etdik. Bura zəruri olan sanksiyaların ləğvi və nüvə məsələsi, bütün tərəflərdə müvafiq atmosferin yaradılması və davam etdirilməsi kimi məsələlər daxildir”, – Qaribabadi vurğulayıb.

Qeyd edək ki, İran və Avrotroyka ölkələri arasında danışıqların üçüncü raundu Cenevrədə baş tutub.