Xəbərlər

İran və Qətər XİN başçıları regional hadisələri müzakirə ediblər

İranın xarici işlər naziri Abbas Əraqçi və Qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim əl-Tani arasında telefon danışığı olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Qəzzada atəşkəs razılaşması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qəzzada əldə olunan razılaşmadan məmnunluğunu ifadə edən Əraqçi Qətərin bu istiqamətdə göstərdiyi səyləri yüksək qiymətləndirib və beynəlxalq ictimaiyyətin Fələstin xalqının həyat şəraitinin yaxşılaşdırılmasına diqqət göstərməsinin vacibliyini vurğulayıb.