İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançinin Ermənistana səfər edəcəyi bildirilib.
“Füyuzat”ın məlumatına görə, o bu barədə “X” sosial şəbəkəsində məlumat yayıb.
“Mənə indicə Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyandan zəng gəldi, mən bir daha bütün qonşularımızla münasibətləri gücləndirmək istəyimizi təsdiqlədim və onun dəvətini qəbul etdim”, – Taxt-Rəvançi vurğulayıb.
Qeyd edilib ki, Məcid Taxt-Rəvançi səfərinin tarixini dəqiqləşdirməyib.