“İrana qarşı istənilən xarici təcavüz bu ölkənin Silahlı Qüvvələrinin sərt cavabı ilə nəticələnəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu İranın nüvə obyektlərinə zərbə endirmək ehtimalı ilə bağlı ABŞ və İsrail rəsmilərinin bəyanatlarına münasibət bildirmək xahişinə cavab olaraq İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib.
“İran İslam Respublikasının Silahlı Qüvvələri istənilən təhdidlərə qarşı cavab vermək qabiliyyətini daim qoruyur və təkmilləşdirir. Biz ölkəmizə qarşı istənilən hücum və təcavüzə bütün gücümüzlə cavab verəcəyik. İranı təhdid edənlər bilməlidirlər ki, bu təhdidlər reallaşarsa, dərhal hərtərəfli cavab alacaqlar. İslam Respublikasına qarşı istənilən təhdidlərə sərt cavab veriləcək”, – nümayəndə əlavə edib.