“İran uranın dinc məqsədlərin istifadəsi üçün zənginləşdirilməsindən vaz keçmək niyyətində deyil. Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən irəli gələn öhdəliklərə əməl etməyə davam edirik. Digər dövlətlərin bu məsələdə Tehranı məhdudlaşdırmaq hüququ yoxdur”.
“Füyuzat”ın məlumatına görə, bunu İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi deyib.
“Biz Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin vicdanlı iştirakçısıyıq, bu əsasda uranı dinc məqsədlər və ölkəmizin mənafeyi üçün zənginləşdiririk. Müqavilə üzrə öhdəliklərimizə əməl etdiyimiz müddətdə heç kim bizə nə edəcəyimizi deyə bilməz”, – o əlavə edib.