Xəbərlər

İran: Yaxın Şərqdə münaqişənin genişlənməsi heç kəsə xeyir verməyəcək

“Yaxın Şərqdə münaqişə zonasının genişləndirilməsi heç kimə fayda verməyəcək, yeganə həll yolu Qəzza zolağında soyqırımını dayandırmaqdır”.

“Füyuzat”ın məlumatına görə, bunu İranın Kiprdəki səfiri Əlirza Salariyan bildirib.

“İran qəti şəkildə inanır ki, münaqişənin genişlənməsi heç kimə fayda verməyəcək və vurğulayır ki, regionda qeyri-sabitliyə son qoymağın yeganə həlli Qəzza zolağında davam edən soyqırımına son qoymaqdır. Cinayətkar fəaliyyətin davam etməsi nəticəsində region və bütün dünya görünməmiş çətin vəziyyətə düşüb”, – Salariyan qeyd edib.