Xəbərlər

İranın ali dini liderinin müavini Moskvaya səfər edib

İranın ali dini lideri Ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müavini Ayətullah Möhsün Qumi Moskvaya səfər edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İranın Rusiyadakı səfirliyi məlumat yayıb.

“Ayətullah Möhsün Qumi nümayəndə heyətinin müşayiəti ilə dekabrın 4-də Moskvaya səfər edib. Onu İran İslam Respublikasının Rusiyadakı səfiri Kazım Cəlali qarşılayıb”, – İranın diplomatik missiyası bildirib.