Xəbərlər

İranın dəstəklədiyi qruplar ABŞ-ın Suriyadakı bazasına raket zərbələri endirib

Suriyada Fərat çayının qərb sahilində İranın dəstəklədiyi qruplar Deyr əz-Zor vilayətində ABŞ əsgərlərinin yerləşdiyi Ömər Neft Yatağı Bazasına raketlərlə hücum edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, Fərat çayının qərb sahilində yerləşmiş İranın dəstəklədiyi terrorçu qruplar gecə saatlarında ABŞ qüvvələrinin yerləşdiyi Ömər Neft Yatağı Bazasına raketlərlə hücum edib.

Hücum nəticəsində ölənlərlə bağlı məlumat verilməyib. ABŞ hələlik hücumla bağlı açıqlama verməyib.

Qeyd edək ki, yanvarın 28-də Suriya-İordaniya sərhədindəki Amerika bazasına edilən hücuma cavab olaraq, ABŞ İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinə və Suriya və İraqdakı silahlı qruplaşmalara aid ən azı 85 hədəfin hava zərbələri ilə vurulduğunu açıqlayıb.