Xəbərlər

İranın Rusiyadakı səfirliyi: Müdafiə tədbirlərinə hazırıq

“İsrail və onun Qərb tərəfdarları münaqişəni daha da gərginləşdirmək istəsələr, biz qanuni maraqlarımızı qorumaq üçün əlavə müdafiə tədbirləri görməyə hazırıq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İranın Rusiyadakı səfirliyinin müşaviri Hüseyn Maliki bildirib.

Qeyd edək ki, aprelin 13-ü axşam saatlarında İran Dəməşqdəki konsulluğuna hücuma cavab olaraq İsrailə doğru pilotsuz təyyarələr və raketlər atıb.