İraq güclü quraqlıq və qonşu ölkələrdən su təchizatının azalması fonunda kəskin şəkildə su çatışmazlığı ilə üzləşib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İraqın mülki işlər nazirinin müşaviri Mehdi Damad bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə bol yağıntılar səbəbindən su ehtiyatları 65 milyard kubmetrə çatıb, lakin hazırda qonşu ölkələrdən, xüsusən də İran və Türkiyədən su axını son dərəcə azalıb, yağıntının miqdarı isə çox aşağıdır.
“Regionların içməli su ilə təmin oluna bilməməsi, yeraltı su ehtiyatlarının tükənməsi ciddi təhlükə yaradır. İraq qonşu ölkələrlə danışıqlar aparmaq və ölkə üçün su ehtiyatlarının tam həcmini təmin etmək üçün səlahiyyətli danışıqlar qrupu yaratmalıdır”, – o əlavə edib.



