İraq Respublikasının prezidenti Əbdüllətif Camal Rəşid Bağdadda Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşündə ölkəsinin Rusiya ilə əməkdaşlığı gücləndirmək istədiyini açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə İraq Prezidentinin ofisi məlumat yayıb.
“Bağdad Moskva ilə ikitərəfli əməkdaşlığı gücləndirməyə və tərəfdaşlığımızın sahələrini hər iki dövlətin maraqlarına xidmət edəcək şəkildə genişləndirməyə çalışır”, – prezident qeyd edib.