“ABŞ prezidenti Donald Trampın xarici siyasəti diplomatikdən daha çox qarşıdurma olacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “İRNA” agentliyi məlumat yayıb.
“Trampın ilk prezidentlik müddəti İranın nüvə sazişindən birtərəfli şəkildə çıxması ilə başlayıb və sərt anti-İran ritorikası və maksimum təzyiq siyasəti bayrağı altında keçib”, – məlumatda bildirilib.
Məlumata görə, Trampın ikinci prezidentliyi dövründə dünya münaqişələrinin həlli üsulları onun əvvəllər istifadə etdiyi üsullardan çox az fərqlənəcək.
Yanvarın 20-də Tramp inauqurasiya nitqində deyib ki, dövlət başçısı olduğu dörd il ərzində bərpa etməyi planlaşdırdığı ABŞ-ın qüdrəti bütün müharibələrə son qoymağa və dünyada birliyi təmin etməyə imkan verəcək.