Yaponiyanın Baş naziri Şiqeru İşiba bu gün müxalifət partiyalarının liderlərini bir araya toplayaraq onların fikirlərini dinləyəcək və ABŞ-ın idxal tariflərinin tətbiqinə cavab tədbirlərini müəyyən edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi bildirib.
“ABŞ tariflərinə cavab verilməsi məsələsinə təkcə hökumət və hakim partiya tərəfindən deyil, həm də müxalifətin iştirakı ilə partiyalararası səviyyədə baxılmalı olduğunu nəzərə alsaq, Baş nazir İşiba bu gün günortadan sonra hər bir partiyanın liderlərinin fikirlərini dinləyəcək”, – baş katib vurğulayıb.