Xəbərlər

İspaniya: Aİ ABŞ-ın Çinə qarşı siyasətini təkrarlamamalıdır

“Avropa İttifaqı (Aİ) ABŞ-ın mövqeyini kopyalamaqdansa, Çinə qarşı öz siyasətini formalaşdırmalıdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares “Financial Times” qəzetinə müsahibəsində bildirib.

“Əlbəttə, biz müttəfiqimiz olan ABŞ-la dialoq apara bilərik. Amma Avropa müstəqil şəkildə qərar qəbul etməlidir. Avropa özü müəyyən etməlidir ki, Çin hansı hallarda tərəfdaş, hansı hallarda isə rəqibdir. Çinin böyüklüyünü və əhalisini unutmayaq, o, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Çinsiz iqlim dəyişikliyi kimi əsas məsələləri həll etmək mümkün deyil. Bizə qarşılıqlı fəaliyyət lazımdır”, – diplomat bildirib.