Xəbərlər

İspaniya hərbi xərclərin artırılması ilə bağlı NATO konsensusunu əngəlləyir

İspaniya hökuməti hazırda NATO-da hərbi xərclərin faiz artımının təsdiqlənməsi ilə bağlı konsensusa gəlmək imkanını əngəlləyir.

“Füyuzat”ın məlumatına görə, bu barədə “ABC” nəşri məlumat yayıb.

Qeyd edilib ki, Madrid ÜDM-ə nisbətdə müdafiə sərmayələrinin yeni faizini müəyyən etmək prinsipi ilə razılaşmır.

Güman edilirdi ki, ÜDM-in 5%-i hədəfinin təsdiqlənməsi öhdəliyi nəhayət razılaşdırılacaq. Bəzi ölkələr bu rəqəmə nail olmaqda çətinliklərdən açıq danışsalar da, hazırda buna qarşı çıxan yeganə dövlət İspaniyadır.

“ABC” nəşri hesab edir ki, Krallığın Baş naziri Pedro Sançes mövqeyini dəyişməsə, çox güman ki, Haaqa sammitində ABŞ prezidenti Donald Trampla qarşılaşmalı olacaq. Nəşrin sözlərinə görə, hazırda NATO-nun baş katibi Mark Ruttenin əsas missiyası ABŞ və onun Avropa müttəfiqləri arasında əlaqələri qoruyub saxlamaqdır.