“Ukrayna münaqişədə uduzacağı təqdirdə yox olacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares deyib.
“Ukrayna hakimiyyətinin fikri olmadan Ukrayna ilə bağlı heç nə qərara alına bilməz. Eləcə də, avropalılar olmadan Avropanın təhlükəsizliyi ilə bağlı heç bir qərar verilə bilməz. Əgər Rusiya bu müharibəni uduzarsa, bunun nəticəsi Rusiya üçün o qədər də ağır olmayacaq. Lakin Ukrayna bu müharibəni uduzarsa, Ukrayna tamamilə yox olacaq”, – nazir qeyd edib.