Xəbərlər

İsrail Avropadan İrana qarşı bütün sanksiyaları bərpa etməyi tələb edib

“Avropa üçlüyü” ölkələri (Böyük Britaniya, Almaniya, Fransa) Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandırmaq qərarından sonra İrana qarşı sanksiyaları tam bərpa etməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu İsrailin xarici işlər naziri Gideon Saar deyib.

“Hazırda “snapback” mexanizmini işə salmağın vaxtı çatıb. Mən “Avropa üçlüyü” ölkələrini İrana qarşı bütün sanksiyaları bərpa etməyə çağırıram!” – o əlavə edib.