Xəbərlər

İsrail Hizbullahın hərbi obyektlərinə hücum edib

İsrail qırıcıları Livanın cənubunda Hizbullah hərəkatının hərbi hədəflərinə hücum edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

“İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları gecə Livanın cənubundakı Cebel Rezlan, Ramya və Kfarqela bölgələrində Hizbullahın hərbi hədəflərinə hücum edib”, – İsrail ordusunun bəyanatında deyilir.

Təlafat və digər detallar barədə əlavə məlumat verilməyib.