Xəbərlər

İsrail İrana hücum edib

İsrail İrana raket zərbələri endirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” agentliyi İran rəsmisinə istinadən bildirib.

Qeyd edilib ki, İsfahan şəhəri üzərində üç pilotsuz təyyarə vurulub.

“İsfahan üzərində səmada üç pilotsuz təyyarə müşahidə edildi. Hava hücumundan müdafiə sistemi aktivləşdi və bu dronları səmada məhv etdi”, – İran dövlət televiziyası bildirib.

İran prezidenti İbrahim Raisi cümə günü zərbədən əvvəl İsrailə xəbərdarlıq etmişdi ki, Tehran öz ərazisinə edilən istənilən hücuma sərt cavab verəcək.