“İsrailin oktyabrın 26-da İrana endirdiyi zərbələr İslam Respublikasının bütün strateji müdafiə potensialını məhv etdi”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Hücum İranın bütün strateji müdafiə imkanlarını məhv etdi. İranda yalnız yerli istehsal olan qısa mənzilli hava hücumundan müdafiə batareyaları qalıb. İran yaxın iki-üç il ərzində yer-hava raketləri üçün strateji potensialını itirib, onlar itirilmiş sistemləri tez bir zamanda əvəz edə bilməyəcəklər”, – məlumatda bildirilib.