Xəbərlər

İsrail İranın Fordodakı Nüvə obyektinə yenidən hücum edib

“İsrail iyunun 22-nə keçən gecə ABŞ-ın hədəfi olan İranın Fordo şəhərindəki nüvə obyektinə yenidən hücum edib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tehranın cənubunda yerləşən Qum əyalətinin böhranla mübarizə qərargahı məlumat yayıb.

“Bir neçə dəqiqə əvvəl düşmən yenidən Fordodakı nüvə obyektinə hücum etdi. Atom Enerjisi Təşkilatının nümayəndələrinin bildirdiyinə görə, vətəndaşlar üçün heç bir təhlükə yoxdur”, – məlumatda qeyd edilib.