Xəbərlər

İsrail MN: Cənubi Livanda Hizbullah-ın artilleriya komandiri öldürülüb

“İsrail ordusu Livanın cənubunda yeni dəqiq hava hücumu həyata keçirib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Hərbçilər bildiriblər ki, hücumun məqsədi Hizbullah təşkilatının silahlı birləşmələrinin üzvü Məhəmməd Adnan Mənsuru məhv etmək olub.

İsrail ordusunun məlumatına görə, o, Livanın cənubundakı Et-Taybi qəsəbəsi ərazisində Hizbullahın artilleriya bölməsinə komandirlik edib.

“Məhəmməd Adnan Mənsur müharibə zamanı Yuxarı Qaliley istiqamətində çoxsaylı hücumları idarə edib və həyata keçirib. İDF İsrail dövlətinin mülki əhalisinə qarşı istənilən təhlükəni aradan qaldırmaq üçün tədbirlər görəcək”, – mətbuat xidməti bildirib.