İsrailin müdafiə naziri İsrail Katz Livanın Hizbullah təşkilatını ölkəsinə qarşı hər hansı düşmənçilik hərəkətlərinə qarşı xəbərdar edib.
“Füyuzat”ın məlumatına görə, Katz bu barədə mətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, Hizbullah İranı dəstəkləsə, İsrail onu məhv edə bilər.
“Hizbullahın baş katibi Naim Qassem sələflərinin başına gələnlərdən dərs almayıb və İran diktatorunun əmri ilə İsrailə qarşı hərəkətə keçməklə hədələyir. Mən Livan peykinə ehtiyatlı olmağı və İsrailin onu təhdid edən terrorçulara qarşı səbrini itirdiyini başa düşməyi tövsiyə edirəm. Terror olsa, Hizbullah olmayacaq”, – Katz əlavə edib.
Qeyd edək ki, iyunun 19-da Hizbullahın baş katibi bəyan edib ki, onun təşkilatı İsrail və ABŞ ilə mümkün münaqişədə “uyğun gördüyü kimi” hərəkət edəcək. O, Hizbullahın bu münaqişədə neytral mövqe tutmadığını və İranı tam dəstəklədiyini vurğulayıb. Qasem hərəkatın tam silahlı qarşıdurmada iştirak etməyi planlaşdırdığını dəqiqləşdirməyib.