Xəbərlər

İsrail ordusu Qəzzada əməliyyatları genişləndirib

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyatlarını genişləndirib və Fələstin anklavında gedən döyüşlərdə onlarla silahlını məhv edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ordunun mətbuat xidməti bildirib.

“Son bir neçə gün ərzində 36-cı diviziya Qəzza zolağında yeni ərazilərdə əməliyyatları genişləndirərək onlarla terrorçunu və yüzlərlə terrorçu infrastruktur obyektini məhv edib. Son 24 saat ərzində isə 162-ci diviziya operativ komanda məntəqəsində olan 8 terrorçunu öldürüb. Bundan başqa, hərbi gəmilər Qəzza zolağının cənubundakı bir neçə hədəfə də zərbələr endiriblər”, – məlumatda bildirilib.