Xəbərlər

İsrail SEPAH-ın Tehrandakı qərargahına hücum edib

İsrail Hərbi Hava Qüvvələri Tehranda bir neçə dövlət binasına hücum edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrailin müdafiə naziri İsrail Katz “X” səhifəsində qeyd edib.

“İsrail Qüvvələri hazırda Bəsic qərargahı, siyasi məhbusların və rejim əleyhdarlarının saxlandığı Evin həbsxanası, Fələstin meydanındakı “İsrailin məhvi” saatı, İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Daxili Təhlükəsizlik Qüvvələrinin qərargahı və digər qərargahlar da daxil olmaqla, Tehranın mərkəzindəki rejim hədəflərinə və hökumətin repressiya orqanlarına misli görünməmiş zərbələr endirib”, – Katz əlavə edib.