Xəbərlər

İsrail: UNRWA ilə bütün əlaqəmizi kəsəcəyik

“İsrail BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) ilə heç bir əlaqə saxlamayacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oren Marmorşteyn bildirib.

“Yanvarın 30-dan etibarən, İsrail qanunlara uyğun olaraq UNRWA ilə əlaqə saxlamayacaq. İsrail beynəlxalq hüquq və qanunlara uyğun olaraq Qəzzaya humanitar yardımın çatdırılmasını asanlaşdırmağa sadiq qalır”, – o əlavə edib.