Xəbərlər

İsraildən İrana: Biz hər yerə hücum edəcəyik

“Bizə qarşı döyüşəcək düşmən varsa, harada olursa olsun, onu necə vuracağımızı biləcəyik. Yaxın Şərqin səması açıqdır”.

“Füyuzat”ın məlumatına görə, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.

“İran İsrail dövlətinə qarşı fərqli çəkindirmə tətbiq edə bilməyəcək. İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri hər yerə uçur. Yaxın Şərqin səması açıqdır”, – Qallant bildirib.

İsrail ordusunun sözçüsü Daniel Həqari isə deyib: “Bizə hücum edilərsə, belə bir hücuma cavab verməmək mümkün deyil. Seçdiyimiz yerdə və vaxtda hərəkətə keçəcəyik və bununla bağlı hər hansı sözə ehtiyac yoxdur”.

Qeyd edək ki, İsrailin Berlindəki səfiri Ron Prosor İranın hücumuna Tehran rejiminin hərbi obyektlərini hədəf alaraq cavab verəcəklərini bildirib.

“Hücum hərbi obyektlərə qarşı olacaq. Buna reaksiya vermək məcburiyyətindəyik. Bu çəkindirmə tədbirlərinin olması bölgə üçün də vacibdir”, – Prosor əlavə edib.