Xəbərlər

İsrailin əməliyyatları nəticəsində Qəzzada 33 mindən çox fələstinli həlak olub

“Ötən ilin oktyabrından başlayan İsrailin hərbi əməliyyatları nəticəsində Qəzzada 33 091 fələstinli həlak olub”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

“Təkcə son 24 saat ərzində Qəzzada İsrail qüvvələri 54 fələstinlini öldürüb, 80-dən çoxunu yaralayıb”, – məlumatda qeyd edilib.

Fələstin Mərkəzi Statistika Bürosu daha əvvəl bildirib: “Fələstin-İsrail münaqişəsinin eskalasiyasının yeni mərhələsi başlayandan bəri Qəzza zolağında azı 14 350 azyaşlı ölüb ki, bu da ümumi ölümlərin təxminən 44 faizini təşkil edir. Statistikaya görə, İsrail hərbçilərinin Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində hər saatda təxminən dörd uşaq ölür. İtkin düşənlərin ümumi sayının ən az 70%-ni qadınlar və azyaşlılar təşkil edir ki, bu da 7 minə çatır”.