Xəbərlər

İsrailin endirdiyi zərbələr nəticəsində daha 4 nəfər həlak olub

İsrailin Qəzzanın cənubunda və mərkəzində endirdiyi hava zərbələri nəticəsində azı 4 nəfər həlak olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin Xan Yunis şəhərində Nasser tibb kompleksinin yaxınlığında yerləşən fələstinli qaçqınların düşərgəsinə reydi zamanı media nümayəndələrinin olduğu çadır vurulub. Hücum nəticəsində azı 2 jurnalist həlak olub, daha 7 nəfər yaralanıb.